Çempionlar Liqası: Bu gün son yarımfinalçıların adlarına aydınlıq gələcək 

Çempionlar Liqası: Bu gün son yarımfinalçıların adlarına aydınlıq gələcək 

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin oyunlarına yekun vurulacaq. Təşkil olunacaq iki oyunla son yarımfinalçılar müəyyənləşəcək. Gecənin maraqla gözlənilən oyunu Münhendə baş tutacaq. İlk oyunda “Mançester Siti”yə üç cavabsız qolla məğlub olan “Bavariya” “Alians Arena”da bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Günün digər oyununda isə İtaliyanın “İnter” komandası doğma meydanda Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq. İlk oyunda səfərdə 2:0 hesablı qələbə qazanan “apenninlilər” bu üstünlüyünü qorumağa çalışacaqlar.

Qeyd edək ki, ötən gün keçirilən iki oyunla İspaniyanın “Real” və İtaliyanın “Milan” komandaları yarımfinala vəsiqə qazanıblar.

Çempionlar Liqası: Bu gün son yarımfinalçıların adlarına aydınlıq gələcək