Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək. Bakı vaxtı ilə saat 16:00-da başlayacaq oyunda “Turan Tovuz” komandası “Neftçi”ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşmanın baş hakim Rəşad Əhmədov olacaq.
Bu komandalar arasında cavab görüşü aprelin 26-da təşkil olunacaq.
Qeyd edək ki, ilk yarımfinal matçında "Qəbələ" doğma meydanda "Səbail"i 3:2 hesabı ilə üstələyib.