Münhen "Bayern"i "Yuventus"un vingeri Federiko Kyezaya elçi düşüb. Bundesliqa təmsilçisi 25 yaşlı italiyalı futbolçunu Leroy Saneyəəvəzedici olaraq görür.
Kyezanın transfer qiymətinin 40 milyon avro olduğu bildirilir. Onun klubu iləsözləşməsi 2025-ci ilin iyun ayında başa çatır. Bir müddət zədədənəziyyət çəkən futbolçu cari mövsüm 21 oyunda meydana çıxıb, 2 qol və4 məhsuldar ötürməiləyadda qalıb.