Milli Olimpiya Komitəsinin (MOK) idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev Sloveniyanın Maribor şəhərində keçirilən Gənclərin Yay Olimpiya Festivalının (EYOF) missiya rəhbərlərinin görüşündə iştirak edir. Festivalın keçirilməsi ilə bağlı hazırlıq prosesini müzakirə edən iştirakçılar yarışların keçiriləcəyi məkanlar, atletlər kəndi ilə yaxından tanış olublar.
Digər təşkilati məsələlərin də müzakirə edildiyi görüş zamanı atletərin yeləşdirilməsi və yaradılan şəraitlə bağlı məsələlərə aydınlıq gətirilib.
Qeyd edək ki, hələlik Azərbaycandan 6 idman növü üzrə (gimnastika, cüdo, üzgüçülük, velosiped, tennis və atletika) ümumilikdə 37 atlet yarışlarda iştirak hüququ qazanıb.
2019-cu ildə Bakının ev sahibliyi etdiyi Gənclərin Yay Olimpiya Festivalı bu il iyulun 23-29-da Sloveniyanın Maribor şəhərində keçiriləcək.