Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Bununla da yarımfinalın iştirakçıları müəyyənləşəcək. Eyni saatda start götürəcək matçlarda İngiltərə "Mançester Yunayted"i İspaniyada "Sevilya"nın, İtaliya "Yuventus"u Portuqaliyada "Sportinq"in, Almaniya "Bayer"i Belçikada "Union"un, Niderland "Feyenoord"u isə İtaliyada "Roma"nın qonağı olacaq.

Qeyd edək ki, yarımfinalda "Sportinq" - "Yuventus" / "Sevilya" - "Mançester Yunayted" və "Roma" - "Feyenoord" / "Union" - "Bayer" cütünün qalibləri üz-üzə gələcəklər.