Aprelin 21-də Avropa Badminton Konfederasiyasının Bakıda keçirilən konqresi işinə başlayıb.
Konqres çərçivəsində Avropa Badminton Konfederasiyasına üzv federasiyaların forumu keçiriləcək və Paris 2024 yay Olimpiya Oyunlarına hazırlıq dönəmində badminton yarışları ilə bağlı olan məsələlər müzakirə olunacaq. Konqresin davamında isə Avropa Badminton Konfederasiyasına prezident seçkiləri keçiriləcək.
Konqresdə Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov çıxış ediblər.