Madridlilər «Selta»nın qapısını döydülər

Madridlilər «Selta»nın qapısını döydülər

Madrid "Real"ı heyətinə yeni futbolçu cəlb etməyə çalışır. «Kral klubu» "Selta"nın futbolçusu Qabri Veyqa ilə danışıq aparır. Klubların bu transferlə bağlı razılığa gəldiyini bildirilib. Bu keçid üçün "Real"ın 40 milyon avro ödəyəcəyi iddia olunur. Qeyd edək ki, Qabri Veyqa "Selta"nın yetirməsidir. İspaniya U-21 millisinin üzvü bu mövsüm "Selta"da 32 rəsmi matçda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.