Bakıda kapoeyra üzrə seminar və yeni kəmər dərəcələrinin təqdim olunma mərasimi keçirilib. Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə "Batizado” adı altında keçirilən tədbirə 300-ə yaxın iştirakçı qatılıb.
Tədbirdə Ümumdünya Kapoeyra Federasiyasının prezidenti Paulo Sales Neto, Braziliyanın ölkəmizdəki səfiri, Macarıstan və Finlandiyadan kapoeyra ustadları iştirak ediblər.