«Portu» veteranı buraxmadı

«Portu» veteranı buraxmadı

Portuqaliyanın “Portu” klubu təcrübəli müdafiəçisi Pepe ilə yeni müqavilə bağlayıb. 40 yaşlı futbolçu daha bir il öz klubunda çıxış edəcək. Onun əvvəlki müqaviləsi bu mövsümün sonuna qədər idi.

Uzun illər Madrid “Real”ında oynadıqdan sonra “Beşiktaş”da çıxış edən Pepe, bu mövsüm “Portu”da 28 oyuna çıxıb, 2275 dəqiqə meydanda olub.