“Qoca sinyora”ya göz verib, işıq vermirlər

“Qoca sinyora”ya göz verib, işıq vermirlər

UEFA "Yuventus"u avrokuboklardan kənarlaşdıra bilər. Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. Yanvarda Turin klubu A Seriyasında maliyyə fırıldağı iddiasına görə 15 xaldan məhrum edilmişdi. Xallar apreldə kluba qaytarılıb. İndi yeni məhkəmə prosesi var. İtaliya Futbol Federasiyasının Federal Apellyasiya Məhkəməsi (FIGC) işə yenidən baxmalıdır. Yaxın aylarda bu məsələ ilə bağlı yekun qərar verilməsə, UEFA "Yuventus"u avrokuboklardan kənarlaşdıra bilər. Diskvalifikasiya müddəti ən azı bir il ola bilər. Avropa Liqasında mümkün qələbə cəzanın aradan qaldırılmasına kömək etməyəcək, əksinə, daha uzun müddət dayandırılmasının qarşısını alacaq. Əgər cəza ilə bağlı qərar qəbul edilsə, lakin Turin təmsilçisi Avropa yarışları zonasından kənarda yer alırsa, o zaman cəza “Yuventus”un avrokuboklara vəsiqə qazandığı mövsümə təxirə salınacaq. UEFA iyunun 10-da keçiriləcək Çempionlar Liqasının 2023-cü il finalından sonra növbəti Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası yarışlarının siyahılarını tərtib edəcək. UEFA "Yuventus"un maliyyə fırıldaqları ilə bağlı paralel araşdırma aparır. Qurum Turin prokurorluğundan bütün sənədləri alıb və məhkəmə sənədlərini öyrənir. UEFA ümid edir ki, FIGC-nin bu iş üzrə hökmü iyunun sonuna qədər açıqlanacaq. Əgər qərar yeni avrokubok mövsümü başlamazdan əvvəl verilməsə, o zaman "Yuventus"un beynəlxalq turnirlərdə çıxışı ilə bağlı məsələyə UEFA-nın Ədalətli Oyunlar Komissiyası baxacaq.