Çempionlar Liqasının finalı ABŞ-da keçiriləcək?

Çempionlar Liqasının finalı ABŞ-da keçiriləcək?

UEFA Çempionlar Liqasının finalı gələcəkdə Amerika Birləşmiş Ştatlarında keçirilə bilər. Bu barədə UEFA prezidenti Aleksander Çeferin açıqlamasında bildirib. “Futbol ABŞ-da çox məşhurdur. Ora gələcək üçün önəmli bazardır. Avropada insanlar Milli Basketbol Liqasını izlədikləri kimi, onlar da Avropa futbolunu sevirlər. AVRO-2020 oyunları orada basketbol finallarından daha çox izlənmişdi. Bu, məni çox heyrətləndirmişdi. Çempionlar Liqası oyunlarının ABŞ-da olması ehtimalı var. Bununla bağlı müzakirələrə başlamışıq. Bu il final qarşılaşması İstanbulda, sonra Londonda, ardınca da Münhendə olacaq. Bunlardan sonra nə baş verəcəyini görəcəyik”, - deyə Aleksandr Çeferin bildirib.