"Leyptsiq" 30 milyon tələb edir

"Leyptsiq" 30 milyon tələb edir

 

"Mançester Yunayted" "Leyptsiq"in vingeri Dani Olmo ilə maraqlanır. İspaniyalı futbolçu Bundesliqa klubunun müqaviləni yeniləmək təklifindən imtina edib. Olmonun sözləşməsi gələn il başa çatacaq. Futbolçunu pulsuz buraxmaq istəməyən "Leyptsiq" onu 30 milyon avroya satmaq fikrindədir. Bu məbləğ "Mançester Yunayted"in də büdcəsinə uyğundur.