Gözlənilən razılaşma əldə olundu 

Gözlənilən razılaşma əldə olundu 

Türkiyə millisinin və İngiltərənin "Lester" klubunun futbolçusu Çağlar Söyüncü İspaniyanın "Atletiko" (Madrid) komandası ilə müqavilə imzalayıb. Bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib. O, 27 yaşlı müdafiəçinin Madrid təmsilçisi ilə sözləşməsinin 2027-ci ilin yayınadək nəzərdə tutulduğunu yazıb. Qeyd edək ki, Çağlar Söyüncünün "Lester"lə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.