Azərbaycan kuboku: Bu gün ikinci finalçının adına aydınlıq gələcək 

Azərbaycan kuboku: Bu gün ikinci finalçının adına aydınlıq gələcək 

Bu gün futbol üzrə Azərbaycan kubokunda növbəti yarımfinal görüşü keçiriləcək. Finala vəsiqə uğrunda növbəti cavab oyununda “Səbail” klubu “ASCO Arena”da “Qəbələ” ilə üz-üzə gələcək. Bu komandalar arasında təşkil olunan ilk oyun “Qəbələ” klubunun minimal hesablı qələbəsi ilə yekunlaşmışdı -3:2  FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüş saat 20:00-da başlayacaq.