Stolüstü tennisçilərimiz qızıl medalın bir addımlığında

Stolüstü tennisçilərimiz qızıl medalın bir addımlığında

Xəbər verdiyimiz kimi stolüstü tennis üzrə U-13 yığma komandamız Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirində iştirak edirlər. əcəklər. 4 idmançı ilə yarışda iştirak edən komandamız finala vəsiqə qazanıb. Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız dörddəbir finalda Sloveniya millisini 5-1 hesabı ilə mübarizədən kənarlaşdırıb. Yarımfinalda isə ev sahibinin digər komandaından 5-0 hesabı ilə üstün olan stolüstü tennisçilərimiz finala yüksəliblər. Komandamızın həlledici mərhələdəki rəqibi Çexiya seçməsi olacaq.

Qeyd edək ki, turnirdə məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparır.

Yarışa aprelin 30-da yekun vurulacaq.