Azərbaycan kuboku: “Neftçi”nin finaldakı rəqibi “Qəbələ” olacaq

Azərbaycan kuboku: “Neftçi”nin finaldakı rəqibi “Qəbələ” olacaq

Bu gün futbol üzrə Azərbaycan kubokunda ikinci finalçının adına aydınlıq gəlib. “ASCO Arena”da təşkil olunan yarımfinal mərhələsinin cavab oyununda “Səbail” klubu “Qəbələ”ni qəbul edib.

Oyun bölgə təmsilçilərinin 1:0 hesablı qələbəsi ilə yekublaşıb. Oyunda vuruıan yeganə qolun müəllifi penaltidən fərqlənən İsnik Alimi olub.

Xatırladaq ki, bu komandalar arasında Qəbələ şəhər stadionunda keçirilən ilk oyunda “qırmızı-qaralar” 3:2 hesablı qələbəyə sevinmişdilər. Beləliklə, keçirilən iki oyunun nəticəsinə görə, “Qəbələ” komandası tarixində beşinci dəfə finala vəsiqə əldə edib. Bölgə təmsilçisinin həlledici mərhələdəki rəqibi “Turan Tovuz”u mübarizədən kənarlaşdıran Bakının “Neftçi” komandası olacaq.

Final qarşılaşması iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.