Formula 1: Bu gün Azərbaycan Qran-Prisinin sərbəst və təsnifat yürüşlərinə start verilir

Formula 1: Bu gün Azərbaycan Qran-Prisinin sərbəst və təsnifat yürüşlərinə start verilir

Bu gün Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi olanAzərbaycan Qran-Prisinə start veriləcək. Yarışda 10 komandadan 20 pilot birincilik uğrunda mübarizə aparacaq. Bu gün Formula 1 və Formula 2 üzrə sərbəst və təsnifat yürüşləri təşkil olunacaq.

Qeyd edək ki, yarış trekinin uzunluğu 6 kilometrdir. Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məlumat üçün bildirək ki, sabah Formula 1 üzrə sprint yarışlarının təsnifat və əsas, Formula 2 üzrə isə sprint yarışı keçiriləcək. Sonuncu yarı günündə isə Formula 1 Azərbaycan Qran-Prisi, həmçinin Formula 2 üzrə ikinci yürüş təşkil olunacaq.