Təmsilçilərimiz İtaliya millisinə qarşı  

Təmsilçilərimiz İtaliya millisinə qarşı  

 Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turniri keçirilir. Bu gün turnirin növbəti matçları oynanılacaq. Bakı Tennis Akademiyasında 6 qarşılaşma keçiriləcək. A və B qruplarında əvvəlcə 2-ci turun matçları, daha sonra isə hər qrupda 3-cü turun bir görüşü təşkil ediləcək. A qrupunda İtaliya, B qrupunda isə Türkiyə yığması 2 oyun keçirəcək. A qrupunda mübarizə aparan, İlk turda Çexiya ilə qolsuz heç-heçə edən Azərbaycan millisi günün son qarşılaşmasında İtaliya seçməsi ilə üz-üzə gələcək.

 

Beynəlxalq minifutbol turniri
 

2 may
 

A qrupu

12:30. İtaliya – Gürcüstan

15:30. Serbiya – Çexiya

20:30. Azərbaycan – İtaliya

B qrupu

11:00. Türkiyə - Ukrayna

14:00. Qazaxıstan – CAR

19:00. Türkiyə - Fransa