A Seriyasına üçüncü qayıdı

A Seriyasına üçüncü qayıdı

Növbəti mövsüm üçün İtaliya A seriyasına vəsiqə qazanan ilk komanda müəyyənləşib. B seriyasının 35-ci turunda “Frosinone” “Recina”nı 3:1 hesabı ilə məğlub ediblər. Fabio Qrossonun komandası xallarının sayını 71-ə çatdırıb. Bununla da sona 3 tur qalmış 3-cü pillədəki “Bari”ni 10 xal qabaqlayıb. A seriyasına vəsiqə verən 2-ci yerdə hazırda “Cenoa” (67 xal) qərarlaşır.Reqlamentə əsasən, 3-8-ci yerləri tutacaq komandalar A seriyasına 3-cü vəsiqə uğrunda pley-off matçlarında iştirak edəcəklər. Qeyd edək ki, “Frosinone” tarixində 3-cü dəfə A seriyasında çıxış edəcək.