İctimaiyyət Karlonun qərarını gözləyir

İctimaiyyət Karlonun qərarını gözləyir

Madrid «Real»ın baş məşqçisi Karlo Ancellotinin Braziliya millisindən aldığı təklif mayın 25-də ictimaiyyətə açıqlanacaq. Bu barədə qərarı italiyalı mütəxəssis özü bildirib. «Bir neçə dəfə bildirmişəm ki, gələcəklə bağlı məndən nəsə öyrənə bilməyəcəksiniz. Hələ heç kimlə rəsmi söhbətimiz olmayıb. Dediyim vaxta qədər təklif gəlsə, hamınız bu cavabı eşidəcəksiniz», - deyə Ancelotti vurğulayıb.