“Fulhem”in arzusu reallaşır  

“Fulhem”in arzusu reallaşır  

İngiltərənin “Fulhem” klubu PSJ-nin hücumçusu Mauro İkardi ilə anlaşmaya yaxındır. bu transferin məbləği təxminən 12 milyon avro olacaq. PSJ müxtəlif bonuslar kimi daha 3 milyon avron ala bilər. İkardi ilə “Fulhem” arasında müqavilə ilə bağlı danışıqlar son mərhələyə çatıb.

İkardi hazırda Türkiyənin “Qalatasaray” klubunda icarə əsasında çıxış edir. O, 21 matçda 15 qol vurub və 8 məhsuldar ötürmə edib. Otuz yaşlı argentinalı hücumçunun PSJ ilə müqaviləsi 2024-cü ilin iyun ayınadəkdir.