UEFA Millətlər Liqasının püşkü atıldı

UEFA Millətlər Liqasının püşkü atıldı

Bu gün İsveçrənin Nyon şəhərində qadın futbolçular arasında ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqası turnirinin 2023/24-cü illər mövsümünün püşkatma mərasimi keçirilib. AFFA-nın saytına istinadən xəbər verir ki, tədbirdə Azərbaycan millisinin rəqiblərinin adına da aydınlıq gəlib. Püşkün nəticəsinə əsasən, Azərbaycan millisi C Liqasının 3-cü qrupda Monteneqro, Kipr və Farer adaları komandaları ilə mübarizə aparacaq.

Qrup oyunları bu ilin sentyabr, oktyabr, dekabr aylarında keçiriləcək. Turnirin final mərhələsi isə 2024-cü ildə təşkil olunacaq.