"Kral klubu"ndan şad xəbər

"Kral klubu"ndan şad xəbər

Toni Kroos Madrid "Real"ı ilə müqavilənin müddətini uzadıb. Bu barədə italiyalı jurnalist Fabritsio Romano məlumat yayıb. Almaniyalı yarımmüdafiəçi 2024-cü ilin iyun ayınadək "Kral klubu"nun formasını geyinəcək. Müqavilə imzalanıb, klubun rəsmi açıqlamanı yayması gözlənilir.