Mərkəzi oyunda “Qarabağ” qələbə qazandı

Mərkəzi oyunda “Qarabağ” qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun oyunlarına yekun vurulub. Turun son qarşılaçmasında “Neftçi” və “Qarabağ” komandaları üz-üzə gəlib. Mərkəzi oyun “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb -2:4. “Bakcell Arena”da keçirilən oyunda “Qarabağ”dan Ramil Şeydayev, Leandro Andrade və Abdullah Zubir rəqib qapıçını məyus edib. “Neftçi”nin heyətində isə Mateus Saldanya və Emin Mahmudov fərqlənib. “Neftçi”nin futbolçusu M.Saldanya isə avtoqolla yadda qalıb.

Aktivində 61 xalı olan flaqman məğlubiyyətə baxmayaraq sona 4 tur qalmış mövsümün bürünc medalını təmin edib. Paytaxt təmsilçisinin 61 xalı var. Liderliyini davam etdirən “Qarabağ”ın aktivində isə 81 xal var.