Çempionluq üçün cəmi iki xal

Çempionluq üçün cəmi iki xal

"Barselona"ya La Liqanı qazanmaq üçün iki xal lazımdır. Madrid "Real"ın 33-cü turda "Real Sosyedad"a 0:2 hesabı ilə uduzmasından sonra məlum olub. Kataloniya təmsilçisi 33 oyundan sonra 82 xalla turnir cədvəlinə başçılıq edir. İkinci yerdəki Madrid klubunun 33 oyundan sonra 68 xalı var. Komandalar çempionatda hələ beş oyun keçirməlidir. "Real" qalan bütün matçlarda qalib gəlsə, mövsümün sonuna qədər toplaya biləcəyi maksimum xal sayı 83-dür. Beləliklə, Xavinin komandası çempionluq titulunu qazanmaq üçün iki xal qazanmalıdır. Xallar bərabər olduğu halda, üstünlüyü “Real” əldə edəcək. "Barselona" La Liqada növbəti oyununu mayın 14-ü  səfərdə "Espanyol"la keçirəcək. Komanda bu matçda qalib gəlsə, çempionluğu rəsmiləşdirəcək.