Mudriki izləyən azarkeşi həbs etdilər

Mudriki izləyən azarkeşi həbs etdilər

İngiltərə Premyer Liqasının 24-cü turunda dünən keçirilən "Arsenal" - "Çelsi" oyununda qonaq komandanın oyunçusu Mixail Mudrikin üzünə lazer işığı tutan azarkeş həbs edilib. Bu barədə "The Times" məlumat yayıb. Ukraynalı futbolçu ikinci hissədə meydana daxil olandan sonra fanatlardan biri üzünə yaşıl işıq tutub, daha sonra onu fitə basıblar.

Xatırladaq ki, "Arsenal" "Çelsi"ni 3:1 hesabı ilə məğlub edib.