Mayın 9-da ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan kuboku yarışına start veriləcək. Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda 7-si kişi, 5-i qadın olmaqla 12 komanda iştirak edəcək.
Kişilərin turnirində “Bakı”, “Təhsil”, “Məhsul”, “İdman Akademiyası”, “Dinamo”, RİOEUGİM və U-16 qələbə uğrunda mübarizə aparacaq. Qadın həndbolçuların yarışında isə “Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu” və U-16 kollektivləri güclərini sınayacaqlar.
Qaliblərin mükafatlandırılması və yarışın bağlanış mərasimi isə mayın 11-də təşkil olunacaq.