Avarçəkmə üzrə “Prezident Kuboku-2023” beynəlxalq reqatasında iştirak etmək üçün Azərbaycana gələn Şimali Makedoniya komandasının üzvü Aleksey Çakareskinin uzun səfərdən sonra səhhətində problem yaranıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən dərhal təxirəsalınmaz tədbirlər görülüb. Həkim müayinəsindən keçən idmançının səhhətində hər hansı bir problemin olmadığı bildirilir. Aleksey Çakareski hazırda komandası ilə birlikdədir.
Qeyd edək ki, mayın 4-7-də Suqovuşan və Mingəçevirdə keçiriləcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı iştirak edəcək.