Azərbaycan çempionatında klassiklərin mübarizəsinə start verildi

Azərbaycan çempionatında klassiklərin mübarizəsinə start verildi

Şağan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş güləş üzrə U-15 Azərbaycan çempionatı keçirilir. Yarışların üçüncü günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar.

Klassiklərimizdən ilk olaraq 38 kq, 44 kq, 52 kq, 62 kq və 75 kq-da yer alan idmançılar qüvvələrini sınayıblar. Beş çəki dərəcəsi üzrə keçirilən yarışlarda ümumilikdə 117 idmançı çıxış edib. Gərgin mübarizə şəraitində keçən yarışda Əbdülrəhman Hüseynli (38 kq,ROİL), Hikmət Haqverdiyev (44 kq,Şuşa UGİM), Nihad Məhərrəmov (52 kq,UGİM-2), Nicat Yeyləgalıyev (62 kq, Abşeron) və Riyad İbrahimov (75 kq, Sumqayıt, “Təhsil”)bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.