Salah “Liverpul”a 3 xal qazandırdı

Salah “Liverpul”a 3 xal qazandırdı

İngiltərə Premyer Liqasında 28-ci turun təxirə salınmış oyunları keçirilib. “Liverpul” klubu doğma meydanda “Fulhem”lə qarşılaşıb. Qarşılaşma “mersisaydlılar”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Matçda vurulan yeganə qolun müəllifi 39-cu dəqiqədə penaltidən fərqlənən Məhəmməd Salah olub. Yurgen Kloppun komandası 34 turdan sonra turnir cədvəlinin beşinci pilləsində qərarlaşır.