Azarkeşlər PSJ-dən narazıdırlar

Azarkeşlər PSJ-dən narazıdırlar

PSJ azarkeşləri hücumçu Neymarın evinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar braziliyalı hücumçunun klubdan ayrılması ilə bağlı şüarlar səsləndiriblər.

Xatırladaq ki, daha əvvəl azarkeşlər komandada dəyişiklik tələbi ilə klub rəhbərliyinin qərargahı qarşısında etiraz aksiyası keçiriblər. Onlar komandanın hücumçuları Lionel Messi və Neymar, baş məşqçi Kristof Qaltye və prezident Nasser Al-Xelaifi ünvanına təhqirlər səsləndiriblər.

Qeyd edək ki, Neymar martın 10-da ayaq biləyindən əməliyyat olunub. O, “Lill”lə oyunda ciddi zədə alıb. Həkimlərin proqnozlarına görə, 31 yaşlı futbolçu 3-4 ay ərzində sağalacaq. Neymar bu mövsüm 20 liqa oyununda iştirak edib, 13 qol vurub və 11 qolun ötürməsini verib.