"Sabah"ın qonağı nə vaxt gəlir?

"Sabah"ın qonağı nə vaxt gəlir?

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında keçiriləcək xeyriyyə oyununun başlama saatı bəlli olub. Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Qeyd edək ki, matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.