Belaruslu azarkeşlər Macarıstan üz tutacaq  

Belaruslu azarkeşlər Macarıstan üz tutacaq  

Belarus millisi Avro-2024-ün seçmə mərhələsinin iki ev oyununu Budapeştdə keçirəcək.

Bu barədə Belarus Futbol Federasiyası ilə Macarıstan Futbol Federasiyası arasında razılıq əldə olunub. Bu qərarı UEFA da təsdiqləyib. İyunun oyunları Macarıstanın paytaxtında, "Ferens Susı" stadionunda keçiriləcək. Belarus millisi İsrail (16 iyun) və Kosovo (19 iyun) ilə qarşılaşacaq. UEFA-nın qərarı ilə Belarus millisi ev oyunlarını neytral ərazidə və azarkeşsiz keçirir.