Messidən sonra Neymar

Messidən sonra Neymar

PSJ klubunun braziliyalı futbolçusu Neymar Junior mövsümün sonunda klubdan ayrılacaq. "Sambaçı” artıq bu barədə qərarını verib. Oyunçu onun üçün PSJ karyerasının bitdiyinə qərar verdiyini və mövsüm sonunda özünə yeni klub axtaracağını qeyd edib.

Xatırladaq ki, Neymar 2017-ci ilin avqustunda rekord məbləğdə, 222 milyon avroya "Barselona”dan PSJ-yə transfer olunub.