“Beynəlxalq arenada uğurlara baxın və nəticə fərqini özünüz görün”

“Beynəlxalq arenada uğurlara baxın və nəticə fərqini özünüz görün”

İspaniya La Liqasının prezidenti Xavier Tebas yerli ölkə çempionatını İngiltərə Premyer Liqası ilə müqayisə edib. Funksioner müqayisə zamanı La Liqanın İngiltərə çempionatından üstün olduğunu deyib.

“Premiyer Liqa La Liqadan daha yaxşıdır? Məni güldürməyin. Premier Liqada ən son hansı futbolçunun “Qızıl top” mükafatını qazandığını belə unutmuşam. Beynəlxalq arenada uğurlara baxın və nəticə fərqini özünüz görün”, - deyə X.Tebas deyib.