Messi yoxsa Fati? Laporta seçim etməlidir

Messi yoxsa Fati? Laporta seçim etməlidir

PSJ-nin hücumçusu Lionel Messi "Barselona"dan kluba dönəcəyi təqdirdə ona 10 nömrəli formanın vermilməsini tələb edir.

Bu barədə AS məlumat yayıb.

Hazırda Kataloniya klubunda 10 nömrəli formanı Ansu Fati geyinir. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir. "Barselona"nın prezidenti Joan Laporta bu problemi həll etmək üçün variantlar axtarır.

Qeyd edək ki, 35 yaşlı Messinin PSJ ilə müqaviləsi bu ilin iyununda başa çatır. Onun sabiq klubu "Barselona"ya qayıdacağı gözlənilir.