Dağılan Neapol, yarımçıq qalan azarkeş ömrü

Dağılan Neapol, yarımçıq qalan azarkeş ömrü

"Napoli"nin İtaliya çempionluğunu rəsmiləşdirməsindən sonra gecə saatlarında Neapol şəhərində atışma baş verib.

İnsident komandanın on minlərlə azarkeşin iştirak etdiyi bayram zamanı olub. Yaralılardan biri -  26 yaşlı kişi təcili olaraq Neapoldakı Kardarelli xəstəxanasına çatdırılıb. Lakin o, xəstəxanada dünyasını dəyişib.

Mərhumun yaxınları onun ölümündən xəbər tutaraq klinikanın şöbəsinə hücum ediblər, xəstəxanaya ciddi ziyan vurublar. Polis vəziyyətə müdaxilə etməli olub. Hazırda İtaliya polisi atışma ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, "Napoli" 33 ildən sonra ilk dəfə İtaliya çempionu olmağı bacarıb.

Dağılan Neapol, yarımçıq qalan azarkeş ömrü Dağılan Neapol, yarımçıq qalan azarkeş ömrü Dağılan Neapol, yarımçıq qalan azarkeş ömrü