Kolumbiyalı futbolçu «Qoca Sinyora»dan ayrılır

Kolumbiyalı futbolçu «Qoca Sinyora»dan ayrılır

"Yuventus"un futbolçusu Xuan Kuadrado komandadan ayrılacaq.

Bu barədə italyalı jurnalist Nikolo Skira öz Tvitter səhifəsində məlumat yayıb. Kolumbiyalı yarımmüdafiəçi mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək. Onun artıq özünə yeni komanda axtarışında olduğunu bildirilib.

Qeyd edək ki, 2015-ci ildən "Yuventus"da çıxış edən futbolçu bu mövsüm Turin klubunda bütün turnirlərdə 41 oyuna çıxıb, 2 qol vurub, 4 qol ötürməsi edib.