Klublar Komitəsinin növbəti iclası keçirilib 

Klublar Komitəsinin növbəti iclası keçirilib 

Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.

İclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev və Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

İclasda ölkə futbolu ilə bağlı müxtəlif məsələlər müzakirə olunub.