“Papa Karlo” Serə çatdıf

“Papa Karlo” Serə çatdıf

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İspaniyanın “Real” və İngiltərənin “Mançester Siti” klubları arasında keçirilən UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin ilk oyununda qeydə alınan rekordları açıqlayıb.

1:1 hesabı ilə başa çatan “Santyaqo Bernabeu” stadionundakı görüşdə məşqçilər və bəzi futbolçular diqqətçəkən statistik göstəricilərlə yadda qalıblar. Bu görüşdə Çempionlar Liqası tarixində ən çox yarımfinala çıxan iki məşqçi Pep Qvardiola (10) və Karlo Ançelotti (9) üz-üzə gəliblər. Onları Joze Mourinyo (8), Aleks Ferqyuson (7) və Lui Van Qal (5) izləyirlər.