Qələbədən sonra daha “pivə içmək istəmir”

Qələbədən sonra daha “pivə içmək istəmir”

Almaniya "Bavariya"sının futbolçusu Tomas Müller mövsümün sonunda klubdan ayrılmaq istəyir. 33 yaşlı hücumçu yeni baş məşqçi Tomas Tuxelin gəlişindən sonra az forma şansı əldə etdiyi üçün məyusdur. Təcrübəli forvard karyerasını bitirmək istəmir və başqa komandaya keçməyə hazırdır.

Qeyd edək ki, Tomas Müller bu mövsüm Münhen təmsilçisində 37 oyuna çıxıb, 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2024-cü ilin yayınadək qüvvədədir. Almaniyalı oyunçu 2008-ci ildən "Bavariya"nın əsas komandasında çıxış edir. Xatırladaq ki, münhenlilər bundesliqanın qalibi olduqdan sonra qələbəni pivə ilə qeyd edirlər.