Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akadamiyasının rəhbərliyi adından Sizi doğum günü münasibətilə təbrik edirik!
Fərid Mansurov Salman oğlu 1982-ci il mayın 10-da Gürcüstanın Dmanisi rayonunda anadan olub. 1999-cu ildə R.M.Sadıqov adına 136 №-li orta məktəbi bitirib. 1999-2003-cü illər ərzində Təfəkkür Universitetində bakalavr, 2004-2006-cı illər ərzində isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında magistr pilləsi üzrə təhsil alıb. Həmçinin ikinci ali təhsil kimi 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin bakalavriat pilləsini bitirib. 2001-2002 və 2004-2005-ci illər ərzində “Neftçi” İSM-də yunan-Roma güləşi üzrə idmançı-təlimatçı vəzifəsində, 2005-2008-ci illərdə Şirvan Şəhər Gömrük İdarəsinin Statistika və Aİİ bölməsində inspektor vəzifəsində, 2008-2016-cı illər ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Təhqiqat və İstintaq şöbələrində çalışıb. 2016-2021-ci illər ərzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri vəzifəsidə çalışıb.
2021-ci ilin dekabr ayının 8-də Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin əmri ilə hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru vəzifəsində çalışır.
O, 2010-2011-ci illər ərzində yunan-Roma üzrə yığma komandanın baş məşqçisi vəzifəsində çalışıb.2011-2016-cı illər ərzində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti olub.
F.Mansurov 1997-ci ildə Sloveniyanın Maribor şəhərində keçirilən yeniyetmələr arasında dünya birinciliyində gümüş mükafat qazanıb.
2001-ci ildə Özbəkistanın Daşkənd şəhərində keçirilən gənclər arasında dünya çempionatının qalibi olan Fərid, 2002-ci ildə Rusiyanın Moskva şəhərində təşkil olunan böyüklər arasında dünya çempionatında gümüş mükafatına yiyələnib.
2004-cü ildə Yunanıstanın Afina şəhərində təşkil olunan Yay Olimpiya Oyunlarının qalibi olub.
2007-ci ildə Bakı şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
2009-cu ildə Danimarkanın Herninq şəhərində təşkil olunan dünya çempionatının qalibi, bir çox beynəlxalq Qran-pri yarışlarının qalib və mükafatçısı adına sahib çıxıb. 1997-ci ildə Azərbaycan Respublikasının İdman Ustası, 2003-cü ildən isə Azərbaycan Respublikasının Əməkdar İdman Ustasıdır.
Fərid Mansurov 2010-cu ildə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi adını alıb,
2020-ci ildə AFFA-nın İcraiyyə Komitəsinin, 2021-ci ildə Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin, 2021-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin, 2022-ci ildə Milli Olimpiya Akademiyasının vitse-prezidenti seçilib.
F.mansurov Azərbaycan Respublikaı Prezidentinin Sərancamları ilə 2002-ci ildə “Tərəqqi” medalına, 2004-cü ildə isə “Şöhrət” ordeninə layiq görülüb.
Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru,
professor