Çempionlar Liqası: “Milan” klubu “İnter”ə qarşı  

Çempionlar Liqası: “Milan” klubu “İnter”ə qarşı  

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.Yarımfinalın ikinci matçında İtaliya təmsilçiləri üz-üzə gələcəklər. “Milan” klubu “İnter”i qəbul edəcək. “San Siro” stadionunda keçiriləcək görüşü ispaniyalı Xesus Xil Mansano idarə edəcək.Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar arasında cavab matçı mayın 16-da keçiriləcək.