İtaliyalılar qonaqları necə qarşılayacaqlar?

İtaliyalılar qonaqları necə qarşılayacaqlar?

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək. İlk oyunların 2-si də eyni gündə keçiriləcək.​ İtaliyada "Yuventus" İspaniya "Sevilya"sını, "Roma" isə Almaniya "Bayer"ini qəbul edəcək. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunları mayın 18-də keçiriləcək.

Avropa Liqası, yarımfinal, ilk oyunlar

11 may

23:00. "Yuventus" (İtaliya) - "Sevilya" (İspaniya)

Baş hakim: Daniel Zibert (Almaniya)

Turin, "Yuventus" stadionu.

23:00. "Roma" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)

Baş hakim: Maykl Oliver (İngiltərə)

Roma, Olimpiya Stadionu.