Konfrans Liqası: yarımfinalın ilk sınağı​ başlayır

Konfrans Liqası: yarımfinalın ilk sınağı​ başlayır

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. Hər iki matç eyni gündə olacaq.​ İtaliyada "Fiorentina" İsveçrə "Bazel"ini qəbul edəcək. Niderlandın "AZ Alkmaar"ı isə İngiltərədə "Vest Hem"in qonağı olacaq. Görüşlər Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qeyd edək ki, bu komandalar arasında cavab oyunları mayın 18-də olacaq.

Konfrans Liqası, yarımfinal, ilk oyunlar

11 may

23:00. "Fiorentina" (İtaliya) - "Bazel" (İsveçrə)

Baş hakim: Fransua Leteksye (Fransa)

Florensiya, "Artemio Franki" stadionu

23:00. "Vest Hem" (İngiltərə) - "AZ Alkmaar" (Niderland)

Baş hakim: Halil Umut Meler (Türkiyə)

London, "London" stadionu