AHİTA-nın strukturuna daxil olan “Zenit” BTİC İB-in açıq birinciliyi keçirilib - FOTO

AHİTA-nın strukturuna daxil olan “Zenit” BTİC İB-in açıq birinciliyi keçirilib - FOTO

Mayın 9-10-da ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) strukturuna daxil olan “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin U-17 yeniyetmələr arasında səbəst güləş üzrə açıq birinciliyi keçirilib.

Yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən “Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sədri Fazil Hadıbəyov turnir iştirakçılarını salamlayaraq Azərbaycan idmanın inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

“Ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra dövlətçiliyimizin qurulmasında bütün sahələrdə olduğu kimi idman sahəsinə də xüsusi önəm verildi. Respublikamızda idmanın maddi-texniki bazası gücləndirildi, yeni Olimpiya İdman kompleksləri inşa edildi. Ulu öndərin yenidən hakimiyyətə gəlişindən sonra ölkəni tərk etmiş idmançılar və mütəxəssislər Azərbaycana qayıtdılar. Ümummilli liderin Azərbaycan idmançılarını Olimpiya oyunlarına şəxsən yola salması və qarşılaması Azərbaycan idmanına verdiyi dəyər idi. O, mütəmadi olaraq idmançılarla görüşür, onlardan diqqət və qayğısını əsirgəmirdi. Bu gün idman siyasətinin ulu öndərin layiqli davamçısı, Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyə Fazil Hadıbəyov bildirib.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, asudə vaxtın səmərəli təşkil olunması və idmançıların ölkə birinciliklərinə hazırlığını yoxlamaqdan ibarət olub. İki gün davam edən yarışda paytaxt və bölgələri təmsil edən 12 komandanın heyətində 120 idmançı qüvvəsini sınayıb. 10 çəki dərəcəsi üzrə keçirilən turnirdə “Zenit” BTİC İB-in komandası 19 (7 qızıl, 5 gümüş, 7 bürünc) medalla birinci yeri tutub. Qaliblər “Zenit” BTİC İB-in diplom, medal və idman kostyumları ilə təltif olunublar.

AHİTA-nın strukturuna daxil olan “Zenit” BTİC İB-in açıq birinciliyi keçirilib - FOTO AHİTA-nın strukturuna daxil olan “Zenit” BTİC İB-in açıq birinciliyi keçirilib - FOTO AHİTA-nın strukturuna daxil olan “Zenit” BTİC İB-in açıq birinciliyi keçirilib - FOTO AHİTA-nın strukturuna daxil olan “Zenit” BTİC İB-in açıq birinciliyi keçirilib - FOTO AHİTA-nın strukturuna daxil olan “Zenit” BTİC İB-in açıq birinciliyi keçirilib - FOTO AHİTA-nın strukturuna daxil olan “Zenit” BTİC İB-in açıq birinciliyi keçirilib - FOTO