Hücum xətti istirahət edir

 Hücum xətti istirahət edir

Madrid "Real"ın hücumçuları Kərim Benzema və Vinisius Junior La Liqanın növbəti turunda "Xetafe" ilə oyunda iştirak etməyəcəklər. Baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"yə qarşı cavab matçı öncəsi hücumun əsas oyunçularına istirahət vermək qərarına gəlib.

Qeyd edək ki, "Mançester Siti" - "Real" görüşü mayın 17-i keçiriləcək.Bu komandalar arasında ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.