Azərbaycan Premyer Liqası: “Zirə” “Kəpəz”ə qarşı

Azərbaycan Premyer Liqası: “Zirə” “Kəpəz”ə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun oyunlarına start veriləcək. Turun açılış oyununda “Zirə” klubu “Kəpəz”i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Oyun baş hakim Fərid Hacıyevə tapşırılıb.

Hazırda Bakı klubu 45 xalla turnir cədvəlində beşinci, “Kəpəz” isə 29 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun "Qəbələ" - "Turan Tovuz" və "Səbail" - "Qarabağ" oyunları mayın 13-də, "Neftçi" - "Şamaxı" matçı mayın 14-də, "Sumqayıt" - "Sabah" qarşılaşması isə mayın 17-də keçiriləcək.