Çempionlar Liqasının ilk finalçısının adına aydınlıq gəldi

Çempionlar Liqasının ilk finalçısının adına aydınlıq gəldi

İtaliyanın “İnter” klubu UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb. Simono İnzaginin komandası buna “Milan”la yarımfinal oyununda qazandığı 0:1 hesablı qələbədən sonra nail olub. İlk oyunda 2:0 hesablı qələbəyə sevinən “İnter” iki oyunun nəticəsinə görə finala adlayıb. “Cüzeppe Meatsa”da oynanılan Milan derbisində yeganə qolu Lautaro Martines vurub. “İnter” klubu bu qələbə ilə 13 ildən sonra yenidən Çempionlar Liqasının finalına vəsiqə qazanıb.

Qeyd edək ki, “İnter” klubunun finaldakı rəqibinin adına bu gün İngiltərənin “Etihad” stadionunda oynanılacaq “Mançester Siti” və “Real” komandalarının oyunundan sonra aydınlıq gələcək.