“Barselona”dan Messi üçün ilk həmlə

“Barselona”dan Messi üçün ilk həmlə

İspaniyanın “Barselona” klubu keçmiş futbolçusu Lionel Messini komandaya geri qaytarmaq istəyir. Kataloniya təmsilçisinin rəhbərliyi hətta bunun üçün argentinalı ulduz hücumçuya ilk rəsmi təklifini də yollayıb. İspaniya nəhəngi Messiyə 2 mövsümlük rəsmi müqavilə təklif edib. Futbolçu təklifi qəbul edərsə, “Barsa”nın heyətində mövsüm ərzində 25 milyon avro (vergilərdən əvvəl) maaş alacaq.

Qeyd edək ki, mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatacaq argentinalı dünya çempionunun özü də yenidən İspaniyada oynamaq istəyir. Ulduz hücumçu ilə Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu da maraqlanır.